Acgöz kimi alışveriş etmək xəstəlik imiş “Shopaholic” kimdir və


Digərləri 17 Noy 2018 23:42:00 469 0

Acgöz kimi alışveriş etmək xəstəlik imiş  “Shopaholic” kimdir və

Alış-verişi çox sevirsiniz? İşdə, evdə, yatanda da alış-veriş barədə düşünürsünüz? Pulunuz qurtarsa belə hardansa, kimdənsə borc alıb hamısını alış-verişə xəcləyirsiniz? O zaman tam əminliklə demək olar ki, siz "shopaholic" xəstəliyinə tutulmusunuz.

Son.az medicina.az-a istinadən bildirir ki, "shopaholic"lik, yəni alış-veriş alüdəçiliyi əsasən stresslə bacara bilməyən insanlarda yaşanır. Borclanmalarına baxmayaraq davamlı alış-veriş edən və ya alış-veriş saytlarını hərisliklə izləyən, bir sözlə həyatlarını ancaq bu işə həsr edən insanlar bu qəribə xəstəlikdən əziyyət çəkirlər.    

Psixoloqların sözlərinə görə, alış-veriş aludəçiləri özlərini yalnız "shopping" zamanı xoşbəxt hiss edirlər. Naratlığın asas səbəbi kimi isə stress, sevgi azlığı, ifadə oluna bilməyən əsəb, yalnızlıq və sıxıntı kimi hallar göstərilir.