Hansı qidanı uşağa hansı yaşda verməli? Valideynlərin düz bilib etdiyi


Digərləri 17 Noy 2018 23:50:00 342 0

Hansı qidanı uşağa hansı yaşda verməli?  Valideynlərin düz bilib etdiyi

Ailədə körpənin dünyaya gəlməsi ilə bütün düzən, o cümlədən də qida rasionu dəyişir. Ancaq unutmaq olmaz ki, uşağın həzm edə bilməyəcəyi bir çox qidalar var. 1 yaşına qədər uşaqların mədə-bağırsaq sistemi hələ tam formalaşmadığından yalnız ana südünü həzm etmək iqtidarında olur. Böyüklərdən fərqli olaraq uşaqların bağırsaqlarında xeyirli bakteriyalar inkişaf etmir. Bu isə bir sıra qadaların uşaq orqanizminə zərər verə biləcəyindən xəbər verir.

Son.az medicina.az-a istinadən hər gün mətbəxdə işlətdiyimiz bəzi qadaların uşaqlara hansı yaşlardan verilməli olduğunu təqdim edir:  

1. Bal - böyüklərdən fərqli olaraq, uşaqların həzm sistemində botulizm bakteriyalarına nəzarət edən, onların çoxalmasına və zəhər yaymasına mane olan faydalı bakteriyalar hələ inkişaf etmir. Balın tərkibində botulizm yaradan bakteriyalar mövcud olduğu üçün, uşaq orqanizmi bu bakteriyanın öhdəsindən gələ bilmir. Buna görə də, 2 yaşınadək  uşaqlara bal vermək qətiyyən olmaz.

Bal həmçinin güclü allergendir. Buna görə də onu uşağın rasionuna ehtiyatla əlavə etmək tələb olunur.  Onu bir neçə damcı suya və kompota əlavə edərək uşağa içirtmək olar.