Dırnaqların ev şəraitində bərkidilməsi üçün


Digərləri 17 Noy 2018 23:22:00 361 0

Dırnaqların ev şəraitində bərkidilməsi üçün

Dırnaqlara ev şəraitində,salon prosedurları olmadan lazımı qulluq göstərmək mümkündür yoxsa yox kimi suala cavab vermədən öncə, dırnağın struktur və tərkibinin nədən ibarət olduğunu öyrənək.

Dırnaq  plastinası - arasında nazik yağ və su qatı olan keratin təbəqələrindən ibarətdir. Bu qatların balansı, sağlam və gözəl dırnaqlara cavabdehdir. Əgər dırnaqlar qurudulub və yağ qatı azalıbsa, o zaman onlar tez sınan olacaqlar. Su ilə kontakt çox olduqda isə, dırnaq plastinası suyu özünə hopur,dırnaq qatı şişir və qatlanır. Əlbəttə endokrin sistemin pozğunluqları da dırnağın vəziyyətinə təsir edir, lakin kimyəvi və mexaniki zədələnmə birinici yerdədir.

Dırnaqları necə möhkəmləndirmək olar?

- İlk öncə çalışın su, kimyəvi vasitələrlə kontaktda az olun. Qabları yalnız əlcəkdə yumaq məsləhət görülür. Qədim zamanlardan işlənnən sodalı vanna məsləhətlərinin də bir o qədər effektiv olmadığını bilin.