Yara izlərini yox edən GEL


Digərləri 17 Noy 2018 23:10:00 324 0

Yara izlərini yox edən GEL

"Biomaterial Science" jurnalında dərc olunan bir məqalədə deyilir ki, çinli elm adamları ipək zülalından yaraların iz buraxmadan sağalmasını təmin edən, hüceyrələrə yapışa bilən və orqanizmi demək olar ki, heç bir mənfi təsirə məruz qoymayan gel istehsal ediblər.

Son.az medicina.az-a istinadən bildirir ki, elm adamları apardıqları araşdırma zamanı ipək liflərin tərkibində olan yapışqan bir maddədən istifadə ediblər. Gelin tərkibində olan zülal zəncirini dəri toxumalarına birləşdirmək üçün ultrabənövşəyi şüalardan istifadə olunub. 

Gelin istifadə olunduğu nahiyədə zədəli toxuma yerinə yeni bir dəri toxumasının əmələ gəldiyi müəyyən edilib.