Burun qurdlamaq ölümlə nəticələnə bilər


Digərləri 17 Noy 2018 23:20:00 351 0

Burun qurdlamaq ölümlə nəticələnə bilər

Britaniyalı alimlərin apardıqları araşdırmanın nəticəsinə görə, burun qurdalamaq adəti ölümcül nəticələrə yol aça bilər.   Son.az medicina.az-a istinadən bildirir ki, layihənin rəhbəri Viktoriaya Konnor Liverpul universitetinin əməkdaşıdır. Məlum olub ki, burun yollarının tez-tez təmizlənməsi zamanı əllərdən pnevmoniya kimi ölümcül xəstəliyə yoluxa və letal nəticəyə səbəb ola bilər. Eksperimentin nəticələri "European Respiratory Journal"da dərc edilib. Eksperiment zamanı 70 könüllünün əlləri pnevmoniya törədiciləri ilə bulaşdırılıb. Daha sonra iştrakçılara burunlarını qurdalamaq tapşırılıb. Araşdırma zamanı məlum olub ki, iştrakçıların 40%-i əllərində  olan pnevmokok bakteriyalarının burun boşluğuna yoluxdurdub. Təhlükə ondan ibarətdir ki, bakteriyalar burun yollarından ağciyərə yoluxaraq pnevmoniyanın daha ağır formalarına gətirib çıxara bilər. "Əgər ağciyər xəstəliyinə yoluxmaq istəmirsizsə o zaman burnunuzu az qurdalayın" - deyə, Konnor bildirib.