"Görəsən o da məni sevir?" –


Digərləri 17 Noy 2018 23:05:00 360 0

"Görəsən o da məni sevir?" –

Onu ağılınızdan çıxara bilmirsiniz. Bəs görəsən o da sizi düşünürmu? Addım atmalısınız, yoxsa bu, hər şeyi məhv edə bilər? Sevginizin platonik olub-olmadığını necə anlayarsınız?

Bədən dili ələ verir

Bir kişinin sizdən xoşu gəlirsə, sizə daha yaxın olmaq istəyəcək. Ancaq bunu biruzə vermədən edəcək. "Bəs bunu necə başa düşəcəm?", - deyirsinizsə, cavabı budur. Birlikdə kinoya getdikdə sizə doğru əyilir, ayaqlarını sizin olduğunuz istiqamətə doğru bir-birinin üstünə atır, sizə yaxın oturur, sizə toxunmaq üçün saçınızı üzünüzdən çəkmək kimi bəhanələr tapırsa, deməli, sizdən xoşu gəlir.

Hər şeyi xatırlayır

Bir kişinin sizdən xoşu gəlirsə, söylədiyiniz və etdiklərinizi təəccüblənəcəyiniz dərəcədə dərhal xatırlayacaq. Çünki sizin haqqınızda hər şey onun üçün qiymətlidir və əmin olun, tez-tez sizi düşünür.

Əlaqə qurmaq üçün hər fürsəti qiymətləndirir

Sizdən xoşu gələn kişi sizinlə ünsiyyət yaratmaq üçün heç bir fürsəti qaçırmaz. Məsələn, ötən gün dostunuzla görüşünüzün necə keçməsi ilə maraqlanar və ya yediyi gözəl bir yeməkdən bəhs etmək üçün mesaj atar. Çünki ağlından çıxmırsınız və sizinlə danışmaq üçün ən kiçik fürsəti dəyərləndirmək istəyir.

Eşqbazlıq edər

Qarşınızdakı kişi sizə qardaşınız və ya oğlan dostunuz kimi davranırsa, mövqeyi bəllidir. Ancaq sizə iltifatlar edirsə, aranızda xüsusi bir ünsiyyət varsa, adınızın əvəzinə şirin ləqəblər qoşursa, demək, sizinlə eşqbazlıq edir.