Xətai rayonuna içməli su verilşində yaranmış fasilənin


Digərləri 17 Noy 2018 23:07:00 236 0

Xətai rayonuna içməli su verilşində yaranmış fasilənin

Bu gün Bakının Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində yaranmış məhdudiyyətin səbəbi məlum olub.

Son.az "Report"a istinadən bildirir ki,  "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi məlumata görə, buna "AzərSuTikinti" xəstəxanası yaxınlığında "+ 82 Şərq" su anbarı adlı ərazidən keçən su boru kəmərində sızmanın baş verməsi səbəb olub.

"Bu gün "AzərSuTikinti" xəstəxanası yaxınlığında, "+ 82 Şərq" su anbarı deyilən ərazidən keçən su boru kəmərində sızma baş verib. Axşam rejimində əhaliyə mümkün qədər su verildikdən sonra su verilişi yenidən dayandırılıb və indi təmir işləri yenidən davam etdirilir", - deyə A.Cəbrayıllı bildirib.