Menstruasiya sancılarını necə azalda bilərik?


Digərləri 17 Noy 2018 22:50:00 259 0

Menstruasiya sancılarını necə azalda bilərik?

Dünyada orta hesabla hər 10 qadından 1-i menstrual sindromdan əziyyət çəkir. 30-50% qadınlarda menstrual periodda normal ağrılar, 5-10%-də isə əmək qabiliyyətini məhdudlaşdıran çox güclü ağrılar meydana çıxır.   Kəskin ağrılar bir çox qadınlarda cinsi orqanların anormal quruluşda olması, infeksiya, endometrioz və ya uşaqlığın zədələnməsi səbəbindən yaranır.   Menstruasiya zamanı həddən artıq güclü ağrı olduqda sağlamlıqla bağlı ciddi problemin olub-olmamasını öyrənmək üçün mütləq həkimə müraciət etmək lazımdır. Əgər heç bir ciddi problem aşkarlanmasa o zaman sizə bir sıra pəhrizlər və vitaminlərin köməyi dəyə bilər.

Son.az medicina.az-a istinadən aybaşı zamanı müşahidə olunan ağrıları yüngülləşdirəcək bir sıra bitki çaylarının reseptini təqdim edir:

• 1 x/q Qatırquyruğu bitkisinin qurusunu 300 qr qaynar suda dəmləyin. 1 saat saxlayın. Alınan dəmləməni hər 2 saatdan bir 50-100 qr miqdarda için. Ağrılar azalmağa başladıqda isə gün ərzində 50 qr olmaqla 3 dəfə qəbul edin.

• 1 ç/q Yasəmən toxumunu yarım litr suya ağzı bağlı qabda, vam odda 15 dəq. qaynadın. Daha sonra soyudaraq süzün. Hər səhər yeməkdən 15-20 dəqiqə əvvəl 100 qr için.

• Darçın - 5 qr, mixək - 3 qr, aptek çobanyastığı çiçəyi - 50 qr. Hər 3 məhsulu 1 litr suya əlavə edin və zəif odda ağzı bağlı vəziyyətdə 30 dəq qaynadın. Daha sonra soyudun  və süzün. Ağrılar zamanı gündə 3 dəfə yarım stəkan için.