Sən kimsən ki, izahat tələb edəsən?! –


Siyasət 17 Noy 2018 22:57:00 286 0

Sən kimsən ki, izahat tələb edəsən?! –

Belarus və Qazaxıstan kifayət qədər nüfuzlu və müstəqil dövlətlərdir. Nikol Paşinyan, sən kimsən ki, bu dövlətlərin rəhbərindən izahat tələb edəsən?! Sən hansı hüquq, məsuliyyət, tərbiyə, əxlaqla bunu deyirsən. Paşinyanın bu fikirləri onu göstərir ki, bu adam siyasət aləmində təsadüfidir. Gərək bir düşünsün, özünə hesabat versin ki, kimdir.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

"Cənab Prezident İlham Əliyev Belarus səfiri ilə görüşündə dedi ki, əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir problemi varsa, o da Ermənistandır. Bu, həqiqətən belədir. Ermənistanın üzv olduğu bütün qurumlarda - MDB, ATƏT, Avropa Şurasında ciddi problem varsa, o da Ermənistanla bağlıdır. Çünki Ermənistan işğalçı, terrorçu, başqalarının ianəsi hesabına yaşayan və üzv olduğu bütün təşkilatların hamısında problem yaradan dövlətdir", - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan sovet dövründə 70 il ərzində hökumətin ayırdığı dotasiya ilə yaşayıb: "İndi də Ermənistan dünyada olan bütün erməni lobbilərinin ianəsi və Fransanın maliyyə yardımı ilə yaşayır. Ermənistan özü KTMT-yə yükdür. Orada yamaq kimi bir şeysiniz, ləkəsiniz. Nikol, sən kimsən dövlət rəhbərindən izahat tələb edəsən ki, nə üçün Azərbaycanın Belarusdakı səfiri ilə görüşüb bu məsələni müzakirə etmisən. Yaxud Nursultan Nazarbayevə irad tutur ki, nə üçün bundan sonra həmsədrin Belarusdan olacağını deyib. Bu, nə qədər mənasız düşüncədir. Mən həmişə demişəm ki, bunlarda ümumi bir xəstəlik var - erməni xəstəliyi. Azərbaycanın dövlət başçısının apardığı uğurlu siyasətə baxın ki, dövlətimiz o təşkilata üzv olmaya-olmaya, Ermənistandan başqa yerdə qalan 5 üzv dövlətlə isti əməkdaşlıq, dost münasibətlərimiz var. Azərbaycan KTMT-yə üzv olmasa da, üzvlər müəyyən məsələlərdə Azərbaycana dəstək olurlar. Onları təşvişə salan odur ki, birdən Azərbaycan bu təşkilata üzv olar, onda biz nə edərik? Yaxud onlar bu günə kimi belə bir şey fikirləşirdilər ki, əgər Qarabağda, yaxud Azərbaycanla sərhəddə bir hadisə baş versə, biz həmişəki erməni bicliyimizi işə salıb o dövlətlərdən Azərbaycana qarşı istifadə edəcəyik. İndi başa düşürlər ki, Rusiya da, Qazaxıstan da, Belarus da, Qırğızıstan da, Tacikistan da Azərbaycanla dost ölkələrdir və onlar heç vaxt işğalçıların təhriki ilə bizə qarşı pis hərəkət etməzlər. Bax, onları vahiməyə, təşvişə salan budur".

Elman Məmmədovun fikrincə, Nikol Paşinyan bu gün nəsə deyirsə, heç də siyasi lider kimi, yaxud Ermənistan-Azərbaycan münasibətlərini nəzərə alaraq söyləmir: "Onu qarşıda çox ciddi imtahan gözləyir, o, publikaya oynayır. Yerini bərkitmək, özünü daha cəsarətli, qətiyyətli göstərmək niyyətindədir, guya ki, özündən əvvəlkilərdən yaxşıdır. Ancaq hələ də bilmir ki, özündən əvvəlkilər bu yaxınlarda onun başına nə oyunlar açacaqlar. Ermənistan elə bir vəziyyətə düşəcək ki, ondan əvvəlkilər ölkəni nə vəziyyətə salmışdılarsa, ondan da betər olacaq. Çünki Ermənistanı qarşıda ciddi siyasi böhran, çalxalanma gözləyir. İnşallah, yaşayarıq, görərik".