Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?


Digərləri 17 Noy 2018 22:41:00 270 0

Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?

Azərbaycan dövləti tərəfindən 2019-2020-ci illərdə  pensiyaya çıxan şəxslər üçün 25 il olaraq "staj aministiyası" hesab olunacaq.

Son.az oxu.az-a istinadən bildirir ki, 2006-cı ilə qədər olan staj müddəti "staj aministiyası"na düşəcək.  

Yəni həmin il insanın stajı 15 il və ya 22 il belə olsa, dövlət tərəfindən 25 il staj təqdim ediləcək və 2021-ci ildən etibarən isə bu staj aministiyası bir il-bir il azalmağa başlayacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, staj illəri 25-dən artıq olan şəxslərə xələl gətirilməyəcək və həmin insanlar fərdi qaydada müraciət edib, stajlarını təsdiq etdirə bilərlər:

"Bizim hesablamalarımız göstərir ki, pensiya yaşına çatanların çoxunda bu staj yoxdur. Əlimizdə fərdi uçot rəqəmləri var, bunun əsasında 2006-cı ildən sonrakı dövrü hesablayacağıq.