Bina girişləri və parklardakı şpris iynələri QİÇSə yoluxdura bilər


Digərləri 17 Noy 2018 22:42:00 310 0

Bina girişləri və parklardakı şpris iynələri QİÇSə yoluxdura bilər

Narkomanların istifadə etdikləri və bəzi hallarda binaların girişlərinə, parklara atdıqları şpris iynələri insanlar üçün təhlükəlidir.

Son.az medicina.az-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib.

N. Zülfüqarov deyib ki, İİV virusunun əsas yoluxma yollarından biri parentral, yəni qan vasitəsi ilə yoluxmadır: "Əgər o şpris iynələri  binaların bloklarında, parklardadırsa, böyük ehtimalla, onları inyeksion narkotik istifadəçiləri olan şəxslər istifadə ediblər. Bu şpris iynələrində İİV virusların olması ehtimalı  yüksəkdir. Əgər şpris üzərində qan kütləsi böyükdürsə, bunlar 5 qramlıq işpris iynələridirsə, iynənin mənfəzindəki qan kütləsi kifayət edir ki, virus digər şəxsə yoluxsun. Lakin xoşbəxtlikdən İİV virusu ətraf mühitin təsirlərinə çox davamsızdır. Bu virus ətraf mühitdə bir neçə saat qalır, günəş şüalarının təsirinə çox həssasdır, məhv olurlar. Bundan başqa, bu virus 60 dərəcə temperaturda  təqribən 15 dəqiqə ərzində məhv olur. Lakin bu o deməkdir ki, həmin iynələrdən yoluxma baş verə bilməz. Çünki İİV-ə yoluxanların  44 faizi narkomandır və İİV-ə yoluxan digər narkomanın istifadə etdiyi şprisin iynəsindən istifadə edib.  Ona görə də insanlar diqqətli olmalıdır".