Gülə bilməyən kişi özünə bənzər qadın tapıb nişanlandı –


Digərləri 17 Noy 2018 22:32:00 243 0

Gülə bilməyən kişi özünə bənzər qadın tapıb nişanlandı –

45 yaşlı britaniyalı Aleks Barker dünyada nadir sindrom olan Mebiusdan əziyyət çəkir. Üz sinirinin iflicinin bir növü olan bu sindromda insanın üz mimikası dəyişmir, gülə bilmir. Bundan əlavə insan sovurmaq, udmaq, danışmaq kimi anatomik anomaliyalar yaşadır.

Son.az medicina.az-a istinadən bildirir ki, bütün dünyada cəmi 1000 nəfər bu xəstəliyə tutulub. Barker bu xəstəliyi ilə normal sağlam qadınla tanış olub ailə qura bilməyəcəyini bilirdi. Ona görə o,tanışlıq saytında özü ilə eyni xəstəliyi daşıyan Erin Smit ilə tanış olur. 3 görüşdən sonra onlar nişanlanıb. Həkimlərlə məsləhətləşərək, gələcəkdə bu problemdən əziyyət çəkməyən bir uşaq sahibi ola biləcəklərini öyrəniblər.