Gecə yemək xəstəlik əlamətidirmi?


Digərləri 17 Noy 2018 21:55:00 251 0

Gecə yemək xəstəlik əlamətidirmi?

Gecə qalxıb yemək yemənin genetik xüsusiyyətlərdən qaynaqlanan bir xəstəlik ola biləcəyi ortaya çıxıb.

Sağlamlığa zərərli və yüksək kalorili yeməklər, ümumiyyətlə çəki artımına, habelə  piylənməyə səbəb kimi göstərilir .

Lakin siçanlar üzərində aparılan təcrübə nəticəsində, bunun genetik xüsusiyyətlərdən də qaynaqlandığı ortaya çıxıb.

Təcrübə əsasında məlum olub ki, yemək nizamı ilə yuxu arasındakı uyğunlaşma təşkil edən genlərin problemli olması gecə yemək yemə sindromu ortaya çıxarır.

"Cell Reports" jurnalında nəşr olunan araşdırmada siçanların qida saatına təsir edən gen və qidalanma arasındakı əlaqə öyrənilib.

Bədən saatını tənzimləyən gendəki dəyişikliklər siçanların yatma nizamına təsir göstərərək daha çox yatmalarına səbəb olur.