Ən pis qoxulu sabunun möcüzəsi


Digərləri 17 Noy 2018 21:42:00 832 0

Ən pis qoxulu sabunun möcüzəsi

Çoxumuz marketlərdə ətirli və rəngarəng sabunlarla yanaşı qara rəngli, pis qoxulu sabunlara da rast gəlirik. Onlardan biri də ağcaqayın ağacının qarayağından hazırlanan "deqtar" sabundur.

Bu təbii sabunun tərkibinə əlavə heç bir şey vurulmur. Hətta ətirləndirici belə.

Əksəriyyət rənginə və pis iyinə görə bu sabunu almağı və istifadə etməyi heç ağlından belə keçirmir. Amma öz müalicəvi xüsusiyyətləri ilə fərqlənən bu sabun kosmetologiyada bəzi xəstəliklərin profilaktikasında uğurla tətbiq edilir.  

Son.az medicina.az-a istinadən pis iyinə görə sevilməyən bu sabunun faydalarını təqdim edir:

1. Üz dərisi üçün

Əgər dərinizdə tez-tez sığanaq və səpgilər əmələ gəlirsə, o zaman qarayağlı sabundan istifadə edin. Sabun quruducu tərkibə malikdir ki, bu xüsusiyyət üzdə olan sızanaqları yox edir. Bundan əlavə qarayağlı sabun qətiyyən allergiyaya səbəb olmur, buna görə də ondan qorxmadan istifadə etmək olar.

2. Kəpək əleyhinə

Bu sabun başın dərisində olan xırda çatları sağaldır. Buna görə də kəpəkdən xilas olmaq istəyənlər bu sabunla başlarını yusalar, müsbət nəticə əldə edəcəklər. Bundan əlavə, sabundan saç tökülməsinin qarşısını almaq üçün də istifadə edilir. İstifadə zamanı saçları yaxşıca isladın, sabunu əvvəlcə saçların diblərinə çəkin, sonra isə bütün uzunluğu boyunca yayın. İki dəqiqədən sonra saçlarınızı təmiz yuyun. Daha sonra saçlarınıza balzam və ya qidalandırıcı maska vura bilərsiniz.  Mütəmadi olaraq istifadə etdikdə kəpəyin tədricən yoxa çıxdığının şahidi olacaqsınız.

3. Dəri xəstəlikləri