İnsanlıq örnəyi: Xeyriyyəçiliklə məşğul olaq, yoxsa olmayaq?


Digərləri 17 Noy 2018 21:46:00 222 0

İnsanlıq örnəyi: Xeyriyyəçiliklə məşğul olaq, yoxsa olmayaq?

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Arzu kənd sakini Nazim Məmmədov xeyriyyəçiliklə ilə məşğul olmaq qərarına gəlib. O, özünə məxsus alma bağlarından dərdiyi almaları imkansızlara paylamaq qərarına gəlib.

Bu il həmin bağlarda məhsuldarlıq yüksək olduğundan almanın qiyməti aşağı düşüb. Nazim dayı da almanın kilosunu 30 qəpikdən satmaqdansa, ehtiyacı olanlara - uşaq bağçalarına, əlil ailələrinə, qocalar evinə, uşaq evlərinə verməyin daha savab iş olduğunu düşünüb. Nazim Məmmədovun etdiyi xeyriyyə aksiyası insanları sevindirib. Belə ki, Xaçmaz sakini bağındakı almaları imkanı olmayanlara, uşaq və qocalar evlərinə pulsuz paylayıb.

Maraqlıdır, vətəndaşlarımız bu xeyriyyəçilik faktını necə qiymətləndirir? Xaçmazlı fermerin bu addımı digərlərinə örnək ola bilərmi? Ümumiyyətlə, xeyriyyəçiliklə məşğul olan vətəndaşlarımız çoxdurmu?

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirilibb. Aldığımız cavabları olduğu kimi təqdim edirik:

Vüsal Qarayev: "Söhbət maddi yardımdan gedirsə, ətrafımdakıların özlərinin xeyriyyəçilərə ehtiyacları var. Həmçinin də, özümün. Hər ayın əvvəli yaxınlaşanda depressiyaya düşürəm. Çünki kirayə pulunu verib-verə bilməyəcəyim məni narahat edir. Uşaq, ailə, maddi cəhətdən özümü idarə edə bilmirəm. Qocalar evinə alma verən vətəndaşa da halal olsun. Belə insanların sayı çox olsun".

Bəsti İsrafilova: "Xeyriyyə işləri görənlər var. Ancaq gərək ki, cəmiyyətin müəyyən qismi deyil, çox hissəsi bu sahədə birləşə, əlində artıq olan nemətləri başqaları ilə paylaşmağı bacara".