Xərçəng xəstəsi olan körpənin son sözləri ağlatdı – FOTO


Digərləri 17 Noy 2018 21:47:00 306 0

Xərçəng xəstəsi olan körpənin son sözləri ağlatdı – FOTO

"Ana, baş verənlərə görə çox üzgünəm. Artıq nə etmək lazımdır, bilmirəm"

İki ildir xərçənglə mübarizə aparan 5 yaşlı Çarli Proktorun son sözləri hər kəsi ağladıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ölümündən bir neçə saat öncə Çarlinin anası sosial şəbəkə profilində oğlunun son sözlərini yazıb. 2016-cı ildən qaraciyər xərçəngindən əziyyət çəkən Çarli, son saatlarda "ana, baş verənlərə görə çox üzgünəm" deyib.

Qeyd edək ki, xəstəliyi ilə əlaqədar olaraq Çarliyə qaraciyər köçürülməli idi. Ailəsi onun üçün lazım olan bütün vəsaiti topladıqda isə xəstəxana işçiləri onlara orqan köçürülməsi üçün toplanan puldan 3 dəfə çox ödəməli olduqlarını bildiriblər. Lakin qısa zaman ərzində ailə bu vəsaiti toplaya bilməyib.

Çarlinin anası Ember oğlu ölməmişdən öncə bunu yazıb: "Oğlum yorğun və üzgündür. "Artıq nə etmək lazımdır, bilmirəm"dən başqa heç nə demir. Bu gün yatağa uzandı. Sonra ayağa qalxdı. Kresloya uzandı. Yuxarı çıxdı. Sonra yenə uzandı. Çarli zəif səslə "Ana, başıma gələnlərə görə çox üzgünəm" dedi. Amma bu onun günahı deyil! İçim yandı. Çarli yaşında uşaq belə şeylər hiss etməməli, belə cümlələr qurmamalıydı".


Xəbərə aid fotolar