Bədənimizdə vitamin çatışmadığını necə bilək? –


Digərləri 17 Noy 2018 21:25:00 225 0

Bədənimizdə vitamin çatışmadığını necə bilək? –

Orqanizmdə vitamin çatışmazlığı səbəbindən bir çox problemlər yaranır. Bəs vitamin çatışmazlığının əlamətləri nələrdir? Bununla bağlı türkiyəli professor Birsəl Kavaklının fikirlərini təqdim edirik. 

1. Görmə problemləri

Görmə problemlərinin yaşanması orqanizminizdə A vitamini çatışmazlığına işarə ola bilər. A vitamini normal və gecə görmədə dəstək verən bir vitamin növüdür. A vitamini çatışmadıqda gözdə kseroftalmi, yəni göz ağı və kormea parlaqlığını itirərək gecə korluğu kimi problemlər ortaya çıxarır.

2. Uzun müddətli yorğunluq

Orqanizmdə uzun müddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasya pozuqluğu hiss edilməsi B1 vitamini çatışmazlığına işarədir. B1, xüsusilə, beynin enerji istehsalı üçün lazımlı bir vitamindir.

3. Dil və dəridə çatlar

Bəzi dəri xəstəlikləri və sinir sistemi pozuntuları B6 vitamini çatışmazlığından qaynaqlanır. Xüsusilə dodaq və dil çatlaması kimi əlamətlər orqanizmdə B6 vitamini çatışmazlığına işarə edə bilir. Bu vitamin çatışmadıqda hüceyrə yenilənməsi yavaşlayır və iltihablanma kimi dəri problemləri olur.

4. Qan azlığı

Qan azlığı bəzən vitamin çatışmazlığının bir işarəsi ola bilər. Fol turşusu B vitamini ailəsinin bir üzvüdür. Fol, ya da B9 vitamini olaraq bilinir. B9 vitamini çatışmazlığı qan azlığının yaranmasına yol açan bir səbəbdir. DNT sintezi və hüceyrə bölünməsi zamanı əhəmiyyəti olan vitamin növüdür.

5. Zehni yorğunluq

Uzun müddətli yaşanan zehni yorğunluq B12 vitamini çatışmazlığını işarə edir. B12 vitamin çatışmazlığı zehni fəaliyyətə təsir edən bir vəziyyətdir. Zehni yorğunluq zamanla intellektual bacarıqların da yavaşlamasına yol açır. Əgər şəxsin uzun müddətdir unutqanlıq, hafizə itkisi kimi problemləri varsa, mütləq qanda B12 vitamininin səviyyəsi yoxlanılmalıdır.