Ən xeyirli


Digərləri 17 Noy 2018 21:20:00 314 0

Ən xeyirli

Müasir insan meqapolislərdə və hündür mərtəbəli binalarda yaşadığı üçün təbiətdən nisbətən uzaq düşür. Buna baxmayaraq insanla təbiət arasında güclü əlaqə var. Bəlkə də, buna görə bir çoxları evlərini otaq bitkiləri ilə bəzəməyi sevirlər. Lakin təbiəti sevmək bəs etmir, onu həm yaxından tanımaq da lazımdır. Belə ki, təbiətdə xeyirli olması ilə yanaşı  zərərli bir sıra bitkilər də mövcuddur. Gözəlliyinə aldanaraq evinizdə saxladığınız və qayğısına qaldığınız bitkilər sizin "düşməninizə" çevrilə bilər. Onu da qeyd edək ki, otaq bitkilərinin heç də hamısı zərərli deyil.

Əksinə söyləyə bilərik ki, onlar bizə daha çox xeyir verirlər. Bəzilərini isə hətta evdə saxlamaq vacibdir.

Son.az medicina.az-a istinadən evdə saxlamaq üçün hansı otaq bitkilərinin daha uyğun olduğunu təqdim edir:

Xlorofitum - Bu bitki havada olan kükürd, azot birləşmələri, toksik maddələri udaraq havanı təmizləmək qabiliyyətinə malikdir. Belə ki, bir böyük xlorofitum bitkisi 3 kv.m sahənin havasını təmizləyə bilir.