Niyə yaşıl çay içməliyik?


Digərləri 17 Noy 2018 21:02:00 258 0

Niyə yaşıl çay içməliyik?

Çay içməyi xüsusən sevən azərbaycanlıların çaysız bir günü olmur desək, yəqin ki, şişirtmərik.

Yuxunu aradan götürən, beyini sakitləşdirib aydınlıq gətirən çaylar içində Azərbaycanda daha çox qara çay içilir. Amma yaşıl çaydan istifadə olunsa, daha az xəstələnmə halları ilə rastlaşmaq olar.

Belə ki, 4 min ildən çoxdur ki, bu möcüzəvi içki müalicəvi təsiri ilə məşhurdur. Təbii ki, xeyiri olduğu kimi, ziyanları da var.

Oxu.az bildirir ki, tərkibində kofein olduğu üçün yuxusuzluq yaradır, enerji verir. Yəni, yatmağa bir saat qalmış içsəniz, yuxu problemi yaşama ehtimalınız var.

Eyni özəlliyinə görə, onu yürüyüşə çıxmazdan əvvəl, eləcə də, idmanla məşğul olandan öncə içmək faydalıdır, belə ki, ikiqat arıqlama effekti verir, üstəlik də, idman zamanı yuxunuz gəlmir, enerjiniz yüksək olur. Yəni, onu axşam yox, daha çox səhər və gündüz saatlarında içmək faydalıdır. Eyni zamanda, yeməkdən bir saat əvvəl və ya bir saat sonra içilə bilər.