Qırmızı kxmerlər soyqırım törətməkdə günahkar bilindi


Dünya 17 Noy 2018 20:56:00 346 0

Qırmızı kxmerlər soyqırım törətməkdə günahkar bilindi

Beynəlxalq tribunal Kambocanın məşhur Qırmızı Kxmerlər hərəkatının iki yaşlı liderini qrup 1970-cı illərdə Kambocanı idarə edərkən soyqırım törətməkdə günahkar tanıyıb.

92 yaşlı Nuon Çea və 87 yaşlı sabiq prezident Kxiey Samphan cümə günü BMT-nin dəstəklədiyi rəsmi olaraq Kamboca Məhkəmələrinin Fövqəladə Palatalar adı ilə tanınan tribunal tərəfindən insanlığa qarşı cinayət törətməkdə gühankar tanınıb.

Qırmızı Kxmerlərin sonuncu həyatda olan iki lideri insanlığa qarşı cinayət və genosid ittihamları ilə məhkum olunub. Onlara qarşı sürülən ittihamlar arasında siyasi, dini və irqi zəmində qətl, sui-qəsd, quldurluq, işgəncə və zülm həyata keçirmək kimi ittihamlar yer alır. Onların qurbanları arasında isə Vyetnam və Çan etnik qruplarına mənsub insanlar olub.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, başqa iki nəfər isə zorakı köçürmələr və insanların kütləvi halda yoxa çıxmalarına dair ittihamlarla artıq ömürlük həbs cəzası çəkir.