Tramp yanğının dağıtdığı əraziləri ziyarət edəcək FOTO


Dünya 17 Noy 2018 20:57:00 290 0

Tramp yanğının dağıtdığı əraziləri ziyarət edəcək  FOTO

ABŞ prezidenti Donald Tramp şənbə günü deyib ki, rəsmilər daha məsuliyyətli olsalar, Kaliforniyada böyük ziyanlara səbəb olan meşə yanğınları azaltmaq mümkün ola bilərdi.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Tramp bu sözləri o, Kaliforniyada vəziyyəti dəyərləndirmək, yerli rəsmilər və yanğının nəticələrinə məruz qalan insanlarla görüşmək məqsədilə təyyarəyə minmədən öncə söyləyib.

"Biz meşələrin idarə olunması haqqında danışacağıq. Mən uzun zamandır söyləyirəm. Vəziyyət tamamilə fərqli ola bilərdi, lakin hər kəs bilir ki, biz bunu edirik və bununla bağlı heç bir sual yoxdur. Amma düşünürəm ki, hər kəs düz deyir. Bu, böyük məsələdir", Tramp Ağ Evdə müxbirlərə bildirib.

ABŞ prezidenti Donald Tramp müxbirlərin suallarını cavablandırır

Trampın Kaliforniyaya səfəri onun meşə yanğınlarına görə ştat rəsmilərini günahlandırıb, federal yardımı kəsməklə hədələməsindən bir həftə sonraya təsadüf edir. O tvittlərində bir çox alimin iqlim dəyişikliyinə səbəb olduğunu dediyi Kaliforniyadakı quraqlıqdan bəhs etməyib.

Kaliforniyanın vəzifədən gedən qubernatoru Cerri Braun və yeni seçilmiş qubernatoru Qavin Nyusom da Trampla birgə Kaliforniyanın şimal və cənubund dağıntıların olduğu əraziləri ziyarət edəcək. Tramp həmçinin federal fövqəladə yardım rəsmiləri və yerli yanğınsöndürənlərlə görüşəcək.

Braun, ABŞ-ən daxili işlər naziri Rayan Zinke və Federal Fövqəladə Hallar İdarəsinin direktoru Brok Lonq çərşənbə günü Paradays şəhərini ziyarət edib. Braun nəhəng yanğına görə iqlim dəyişikliyini günahlandırıb, Zinke isə bunu bir tək səbəblə izah etməmək barədə xəbərdarlıq edib.

Ştat rəsmiləri deyir ki, Kaliforniya tarixinin ən ölümcül yanğını nəticəsində Paradays şəhəri və yaxınlığında itkin düşən insanların sayı 1000-ə, ölənlərin sayı isə 71-ə çatıb.


Xəbərə aid fotolar