"Belə getsə, İran neft sayəsində əldə etdiyi gücü itirəcək"


Digərləri 17 Noy 2018 20:59:00 306 0

"Belə getsə, İran neft sayəsində əldə etdiyi gücü itirəcək"

Umud Şükri deyir: "Belə davam etsə, İran yenə neft və qaz istehsal edə biləcək - amma adi bir ölkə kimi. Yəni, OPEC-də təsirli bir ölkə ola bilməyəcək. Artıq neft sayəsində aktiv xarici siyasət yürüdə bilməyəcək."Enerji eksperti Amerikanın Səsinə müsahibədə ABŞ-ın İranın enerji, nəqliyyat və bankçılıq sektorlarını hədəf alan sanksiyaları qüvvəyə mindikdən sonra neft bazarında baş verən yenilikləri dəyərləndirib.

Araşdırmaçının sözlərinə görə, "Amerikanın əsas amacı İranın beynəlxalq bazardakı payını azaltmaq, İranı gücsüz bir ölkə halına gətirməkdir. Çünki, ən çox neft istehsal edən ölkə OPEC-də ən çox sözünü yeridə bilər və qərarları öz xeyrinə çevirə bilər. Hazırda orada ən çox Səudiyyə Ərəbistanı və İraqın rol oynama şansları var. Onların istehsalı daha çoxdur."

Umud Şükri İranın neft ixracatının sıfır səviyyəsinə çatıdırılmasının qısa zamanda mümkün olmayacağını, amma İranın OPEC-dəki nüfuzunun tədricən azalacağını söyləyir.

"Sanksiyalar davam etsə və İran xarici şirkətlərdən teknologiya və sərmayə ala bilməsə, 5-10 il ərzində OPEC-də və neft ixrac edən ölkələr içində sıradan bir ölkə halına gələcəkdir," o, qeyd edir.

Ekspert sanksiyaların qüvvəyə minməsindən sonra neftin qiymətinin gözləntilərin əksinə daha aşağı səviyyəyə düşməsinin səbəblərini açıqlayır: