Bədən temperaturumuz barədə 7 vacib fakt –


Digərləri 17 Noy 2018 20:50:00 252 0

Bədən temperaturumuz barədə 7 vacib fakt –

Artıq 2 əsrdir qüvvədə olan insanın ideal, optimal bədən hərarətinin 36, 6 olması barədə məlumat mifə çevrilir. Bu temperatur standartı 1868-ci ildə alman həkimi Avqust Vunderlix tərəfindən təyin olunub. O, 25 min pasiyentin temperaturunu ölçmüş, 36,6 orta rəqəm kimi götürülmüşdür. Əvvəllər qradasiyalarda normal temperatur 36,6-37,4 hesab olunurdu.  

Son.az medicina.az-a istinadən bildirir ki, dəqiq termometrlərin meydana çıxmasından sonra Merilend universitetinin alimləri orta statistik göstərici kimi 36,8 dərəcəni qeyd etdilər.

İnsan bədəninin hərarəti gün ərzində 36,4 dərəcədən 36,9 dərəcəyə kimi dəyişir. Səhər hərarəti ilə axşam hərarətinin fərqi var. Amma hətta 37,5 dərəcəyə kimi yüksəlmə norma həddində hesab olunur.

Siqaret temperaturu dəyişir

Siqaretin ucundakı hərarət 95 dərəcə Selsiyə çatır. İsti tüstünü içəri çəkdikcı, ağciyərlərdə temperatur artır, bununla da onların orqanizmi soyutmaq funksiyası 20 dəqiqə ərzində sönür. Ona görə siqaret çəkdikdən 20 dəqiqə sonraya kimi insan bədənində istilik hiss edir.   Yalan danışanda, üz yanır

İspaniya Universitetinin alimləri təyin edib ki, yalan üzdə göz kənarları və burun ucunda temperaturu artırır. Buna da Pinokio effekti deyilir. Xüsusən poker oyunçularl bunu tənzimləyə bilmədiklərindən, üzlərinin yanmasından özlərini ələ verirlər.

Qızdırma faydalıdır

Qızdırma, titrətmə immunitetin yaxşı işləməsinə, müdafiə mexanizminin gücünə dəlalət edir. 38-38,5 dərəcə mikrobları zərərsizləşdirmək baxımından normadır, onu dərmanlarla salmaq olmaz.