Cinsi aktivliyi artırmaq istəyənlərin


Digərləri 17 Noy 2018 20:32:00 243 0

Cinsi aktivliyi artırmaq istəyənlərin

Hazırda dünyada kişilərin 50 %-ində aşağı sperm aktivliyi müşahidə olunur. Bunun əsas səbəbi yeyilən qidalar, stress, passiv həyat tərzi, cinsi xəstəliklər və s. olur.

Son.az medicina.az-a istinadən bildirir ki, spermin tərkibi çox davamsız və tez zədələnən olduğu üçün orqanizmdə baş verən bir çox dəyişikliklər onda öz təsirini tez göstərir. Yaşayış şaraitini dəyişməklə və qidaya diqqət yetirməklə bu çatışmazlığı aradan qaldırmaq mümkündür

Pomidor

Tərkibində likopen adlı güclü antioksidant var. Bu isə spermotozoidin hərəkətliliyini artırır. Bişmiş və emal olunmuş pomidorun tərkibində daha çoxdur. Zeytun yağı ilə yeyildikdə daha yaxşı effekt verir.

Qoz

Omeqa 3 yağları ilə çox zəngindir. Bu maddə spermotozoidin sürətini artırır keyfiyyətini yaxşılaşdırır. Gündə 1 ovuc qoz yemək faydalıdır.

Boranı tumu

Tərkibində olan sink baxımından kişilər üçün ən yaxşı qida hesab oluna bilər. Çiy halda mümkün qədər çox miqdarda yeyilməlidir.