Alimlər yüksək təzyiqi dərmansız salmağın yolunu tapdılar –


Digərləri 17 Noy 2018 20:40:00 286 0

Alimlər yüksək təzyiqi dərmansız salmağın yolunu tapdılar –

Almaniya və İngiltərə alimləri yeni elmi araşdırmaları nəticəsində ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda yüksək təzyiqin dərmansız aşağı endirilməsinin metodunu aşkarlayıblar.

Belə ki, dəriyə mavi-göy rəngin təsiri oksid azotun artırılması baş verir, bu da təzyiqin enməsinə səbəb olur. Mavi rəng - ən qısadalğalı diapazona malikdir. Dəriyə təsiri ilə qan damarlarının genişlənməsi, qan dövranının yaxşılaşması baş verir.   Son.az medicina.az-a istinadən bildirir ki, 3 günlük eksperimentdə 14 sağlam gənc kişi iştirak edib. Birinci gün tamam çılpaq iştirakçıları 30 dəqiqə mavi işıqla şüalandırıblar, ikinci gün filtrdən keçirilmiş mavi işıq veriblər.

Təcrübənin sonunda onların arterial təzyiqi, arteriyaları, damarların vəziyyəti, qanda oksit azotun miqdarı ölçülüb.