Şəkərdən də təhlükəli gizli şəkər:


Digərləri 17 Noy 2018 20:10:00 227 0

Şəkərdən də təhlükəli gizli şəkər:

Çox zaman şəkər olmadığını düşünən insanların şəkərli diabetin gizli və çətin forması olan latent formadan xəbərləri yoxdur. "Gizli şəkər" adını almış bu forma uzun müddət səssiz olur, özünü göstərmir və sonra orqanizmə güclü zərbəsini vurur.

Son.az medicina.az-a istinadən gizli şəkər risk qrupuna daxil olanları araşdırıb:

-Yaş həddi - daha çox 50 yaşından yuxarı insanlar bu xəstəliyə tutulur. Gizli şəkər onların görmə qabiliyyətinə ilk zərbəni vurur. -İrsi, genetik - genotipində diabet olan insan -Ağır bədən çəkisi, köklük - bu insanda maddələr mübadiləsi pozulur, qlükoza tolerantlığı dəyişir və gizli diabet başlayır.

-Hamiləlik - hamilə qadının orqanizmində insulin sintezi dəyişir. Buna yol verməmək üçün hamilə qadın sağlam qidalanmalı, daim yoxlanmalı, endokrinoloq nəzarətindən olmalıdır. -Mədəaltı vəz problemləri - orqanın funksiyası pozulduqda, lazımi qədər insulin ifraz olunmur. Zamanla gizli şəkər qan damar sisteminə neqativ təsir edir, onlar dartılır, kirəclənir. Bu da qəfil insult və infarkta səbəb olur.

Əlamətləri:

Uzun illər özünü göstərməsə də, bəzi simptomlardan bilmək olar:

-Dərinin müəyyən zamanlarda möhkəm qaşınması, qabıqlanması - qanda yüksək şəkəri olan insanda mikroorqanizmlərin təsirindən dərinin müdafiə qabiliyyəti düşür. -Ağızda quruluq, çat və daim susuzluq - yanında daim su gəzdirən insan gizli şəkəri mütləq yoxlatmalıdır. -Bədən kütləsində qəfil dəyişiklik - insan həm kökələ, həm də sürətlə arıqlaya bilər. Adamda vəhşi iştaha yaranır və şirniyyata meyilli olur. -Yuxululuq, hər xırda bir səbəbə qıcıqlanma -Görmənin zəifləməsi, bulanması -Yaraların gec sağalması

-Əhval-ruhiyyənin pis olması, əsəbilik -Aşağı ətrafların paresteziyası, uyuşması -Beyində yorğunluq hissi -Tez-tez infeksiyalara yoluxma -Ürəkdə səbəbsiz ağrılar -Başgicəllənmə -Qadınlarda dırnaq və saçların zəifləməsi, tökülməsi, dərinin ləkələnməsi, qaşınma