İngilis demokratiyasının yaranması:


Digərləri 17 Noy 2018 19:51:00 187 0

İngilis demokratiyasının yaranması:

İngiltərə tez-tez müasir demokratiyanın və parlamentarizm ənənəsinin vətəni adlandırılır. Britaniya parlamenti dünyanın ən qədim parlamenti deyil, lakin birmənalı olaraq digər parlamentlər üçün örnək sayılır.

Bu material BBC Rus Xidmətinin Britaniyada kral hakimiyyətini məhdudlaşdırmış sənəd və hadisələrə həsr olunan "İngilis demokratiyasının yaranması" adlı layihənin bir hissəsidir.

Əvvəlki hissələrdə Azadlqlar Xartiyası və Magna Carta-dan bəhs olunub.

Üçüncü hissə: Oxford müddəaları və ya parlament necə yarandı

III Henry-nin adını tarixə salan iki səbəb olub - və hər ikisi də indi Londonun mərkəzində yerləşir.

O, Westminster Abbey-ni yenidən qurub və parlamentin yaranmasına kömək kömək edib.

Parlamentin yaradılması tarixindən söhbəti uzaqdan başlamaq lazımdır - kralın Siciliyanı ələ keçirmək cəhdindən.

Siciliya uğursuzluğu

Roma Papası IV Innocent (barelyefin mərkəzində) III Henry-ə kiçik oğlu Edmund üçün Siciliya-nı satın almağı təklif edib. Qiymət astronomik olduğundan ingilis aristokratları bu planı bəyənmədi.

O dövrdə müharibə xərclərini örtmək üçün pulu kral baronlardan xahiş etmək yolu ilə alırdı, baronlar isə bunu həvəssiz edirdilər.

1253-cü ildə Roma Papası IV Innocent kral III Henry-ə kiçik oğlu Edmund üçün Siciliya krallığının taxt-tacını almağı təklif edir.Bunun əvəzində Papa olduqca böyük məbləğdə pul istəyib, lakin ingilis aristokratları bu məbləğin astronomik olduğunu sayaraq bu planı bəyənməyiblər.

Westminster Abbatlığında yenidənqurma işlərinə Henry böyük məbləğdə pul xərcləyib.

Avropanın xəritəsinə nəzər salanda aydın olur ki, bu plan doğrudan da ağılsız olub - İngiltərə hara, Siciliyə hara?

Buna baxmayarq Henry baronlardan pul istəməkdə təkidli olub.

Lakin baronlar (yəni torpaq mülkünə sahib aristokratlar) krala rədd cavabı veriblər. İxtilaf da beləcə yetişib.

Favoritlər, düşmənlər və qohumlar

Kenilworth qəsrinin qalıqları - Simon de Montfort vaxtilə burada qalıb.

1256-cı ildə III Henry-nin populyarlığından əsər-əlamət qalmamışdı.

Birincisi, kralın fransız aristokrat Lusignan tayfasından olan qohumları İngiltərədə böyük torpaq və pul əmlakını əllərində cəmləşdirdiklərindən baronları bezdimişdilər.

İkincisi, o dövrdə kralın daha bir düşməni ortaya çıxdı, özü də ki, həmin o adamı kral özü doğma bacısına evləndirmişdi: şöhrət qazanmış cəngavər, Səlib yürüşlərinin iştirakçısı, müzəffər sərkərdə Simon de Montfort, 6-cı Leicester qrafı.

Hərbi işlər olsun və ya fransız əyalətlərdə üsyanın yatırılması, Henry çətin vəziyyətlərə düşəndə Simon de Monfort dəfələrlə onun köməyinə gəlib.

Lakin eyni zamanda kralla onun vassalı arasında qarşılıqlı narazılıq da getdikcə artırdı və bunun kimin günahından baş verdiyini demək çətindir.

II Henry qüdrətinin zirvə nöqtəsində İngiltərə krallarının idarə etdiyi Anjou imperiyası, faktiki olaraq, Fransanın böyük bir hissəsinə nəzarət edirdi. III Henry dövründə ingilis nıəzarəti altında olan ərazilər xeyli azaldı. Bu xəritədə ingilislərin nəzarətində olan ərazilər narıncı, Fransa taxt-tacının nəzarətində olan ərazilər isə bənövşəyi rənglə göstərilib.

Henry, əlbəttə, verdiyi vədləri pozmağa meyilli idi, lakin Simon da kralın bacısı ilə nikaha arxayın olaraq heç də ağıllı olmayan hərəkətlər edirdi.

Misal üçün, bir dədə o, kralı zəmanətçi kimi göstərərək böyük məbləğdə pulu götürüb, kralın özünə isə bu barədə xəbər verməyib.

Bu əhvalat onların arasında münasibətlərin qırılmasına gətirib çıxarmadı: kral Monfortu Fransada ona məxsus Guyenne əylətinə ezam edir.

Həmin bölgədə yerli əhali ingilis kralının hakimiyyətinə qarşı üsyana qaldırmağa cəhd etmişdi. Kral de Monforta hələ də etibar edirdi.

VIII Louis Fransa kralı olan dövrdə Guyenne sakinləri ingilis kralına ultimatum irəli sürmüşdülər

De Montfort üsyanı yatırtdı, amma bunu çox qəddarcasına etdi.

Qəzəblənmiş Guyenne əhalisi krala şikayət yazıb bildirdilər ki, ya sən, III Henry bu adamı buradan yığışdırırsan, ya da kı, yerli əhali Fransa kralı VIII Louis-dən kömək istəyib Fransa taxt-tacının tabeçiliyinə keçəcək.

Kral III Henry vassalı de Monfort-u Londona geri çağırıb onu xəyanətkarlıqda günahlandırdı.

Və bununla da onların arasında münasibətlər birdəfəlik qırılmış oldu.

Parlamentin yaranması

"Məni əsir götürürsünüz?" - kral parlamentin yaradılmasını müzakirə edərkən qəzəblə soruşub