Ukraynalı gimnast: Azarkeşlər mənə güc və əminlik verdi


Digərləri 17 Noy 2018 19:50:00 260 0

Ukraynalı gimnast: Azarkeşlər mənə güc və əminlik verdi

Azarkeşlər çıxışım zamanı mənə güc və əminlik verdi.

Bakı. Cani Babayeva - Azarkeşlər çıxışım zamanı mənə güc və əminlik verdi. Bunu Trend-ə Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda qadın cütlüklərin tərkibində iştirak edən ukraynalı gimnast Oleksandra-Mariya Tabaçinska deyib. O, bugünkü çıxışı zamanı həyəcanlı olduğunu qeyd edib: "Qorxuma qalib gələ bilmirdim. Güc və əminliyi mənə azarkeşlər verdi, bizi çox fəal dəstəklədilər".