“Bəzi insanlar Gürcüstandakı birliyi pozmağa çalışırlar”


Dünya 17 Noy 2018 19:42:00 234 0

“Bəzi insanlar Gürcüstandakı birliyi pozmağa çalışırlar”

Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili "Qadınlar ədalət uğrunda" təşkilatının üzvləri ilə görüş keçirib.

Son.az "Report"a istinadən bildirir ki, görüşdə Gürcüstanın müxtəlif bölgələrindən minə yaxın qadın iştirak edib.

S.Zurabişvili çıxışında Gürcüstanda mövcud olan tolerantlıq barədə danışıb:

"Gürcüstan əsrlər boyu tolerantlığı qoruyub saxlayıb. Bəzi insanlar bu birliyi pozmağa çalışırlar, lakin buna nail olmaq mümkün olmayacaq.

Mənim yanıma ilk olaraq azərbaycanlı, daha sonra erməni qadınların nümayəndələri gəldilər. Biz birgə yaşayırıq və bir-birimizə hörmət edirik. Gürcüstandakı tolerantlığa dünyada, hətta Avropada belə nadir hallarda rast gəlinir".