Blogerlərin dəbə saldığı yeni adət: doğan qadın öz plasentasını yeyir


Digərləri 17 Noy 2018 19:36:00 246 0

Blogerlərin dəbə saldığı yeni adət: doğan qadın öz plasentasını yeyir

Heyvanlar balaladıqdan sonra cifti, yəni plasentanı yeyərək doğum zamanı itirdikləri enerjini bərpa edirlər. Son illərdə isə doğumdan sonra plasentalarını yeyən qadınların sayı da az deyil.

Son.az medicina.az-a istinadən bildirir ki, bu hərəkət bir sıra instaqram fenomenlərinin bunu özləri edərək məsləhət görməsindən sonra dəb halını alıb.

Bəzi qadınlar var ki, plasentanı qurudaraq onu kapsula halında qəbul edirlər. Bir çoxları isə ondan smuzi hazırlayaraq içirlər.

Mütəxəssislər isə həyəcan təbili çalırlar: "Qadınlar məsləhətləri ginekoloqlardan almaq yerinə videoblogerləri təqlid edirlər". Bu isə qətiyyən yolverilməzdir.

Bəs plasentanın ana tərəfindən qəbul edilməsi ona nə kimi xeyir verə bilər? Bir çoxları bildirirlər ki, plasenta ananı depressiyadan qoruyur, südü artırır, ağrıları azaldır və ananı enerji ilə təmin edir. Amma hələ ki, bu iddiaların heç bir təsdiqlənmiş elmi izahı yoxdur. Araşdırma göstərib ki, yalnız heyvanlar plasentanı yeməklə xeyir əldə edə bilərlər. Məsələn, dişi siçanlar plasentanı yedikdə onların ağrıları azalır.