Dar paltarlar bu xəstəliklərə səbəb olur –


Digərləri 17 Noy 2018 19:25:00 343 0

Dar paltarlar bu xəstəliklərə səbəb olur –

Bəzən dəb, bəzən də sırf özümüzə yaraşdırdığımız üçün dar ətəklər, köynəklər, şalvarlar geyinirik. Ancaq mütəxəssislər dar paltarların ciddi sağlıq problemlərinə səbəb olduğuna dair xəbərdarlıq edir.

Qan dövranını əngəlləyir

Paltarlar ayaqları və ya beli çox sıxanda ürək qan dövranını təmin etmək üçün daha çox işləməyə məcbur olur. Ayaq və qıçlarınızda qan dövranı çox əhəmiyyətlidir, çünki ayaqlarınızın şişməsini önləyir. Qan dövranının olmaması isə sağlamlığınız üçün təhlükəlidir. Özünüzü yorğun və halsız hiss etməyinizə səbəb ola bilər.

Selülitləri çoxaldır

Selülit qadınların ən çox qorxduğu bir haldır. Dar paltarlar selülit yaranmasına meylli olan dərilərdə selülitlərin dərinləşməsinə və daha çox yayılmasına səbəb olur.

Hüceyrə oksidləşməsinə səbəb olur, yaşlandırır Dar paltarlardan qaynaqlanan ağciyərlər və nəfəs borusundakı təzyiq düzgün nəfəs almağınızı əngəlləyə bilər. Sinə nahiyənizdəki hava dövranı kifayət qədər təmin olunmadığında, hüceyrələrin oksidləşməsi sürətlənə bilər. Bu da erkən yaşlanmaya səbəb olar.

Bel ağrısına səbəb olur