Akrobatika gimnastikası üzrə Dünya Kuboku çərçivəsində AGF Trophy Kubokunun mükafatlandırma mərasimi keçirilib (FOTO)


Digərləri 17 Noy 2018 19:25:00 208 0

Akrobatika gimnastikası üzrə Dünya Kuboku çərçivəsində AGF Trophy Kubokunun mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakıda Milli Gimnastika Arenasında keçirilən akrobatika gimnastikası üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyası tərəfindən xüsusi olaraq təsis edilən AGF Trophy Kubokunun mükafatlandırma mərasim baş tutub

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında keçirilən akrobatika gimnastikası üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyası tərəfindən xüsusi olaraq təsis edilən AGF Trophy Kubokunun- mükafatlandırma mərasim baş tutub. AGF Trophy mükafatı ən yüksək icra xalını toplamış Rusiyalı gimnast cütlük - Timofey İvanov və Maksim Karavayevə təqdim edilib. Mükafatı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev təqdim edib. Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.