Saç əkdirmək istəyənlər bunları mütləq bilməlidir –


Digərləri 17 Noy 2018 19:10:00 259 0

Saç əkdirmək istəyənlər bunları mütləq bilməlidir –

Yeni texnologiya ilə birlikdə inkişaf edən saç əkimi üsulları dazlıq və saç tökülməsilə mübarizəni asanlaşdırıb.   Son.az medicina.az-a istinadən saç əkimi ilə bağlı bilməli olduğunuz bəzi məqamları təqdim edir:

Saç əkimində ən uyğun saç hansıdır?

Saçlarınızı darayan zaman daraqda qalan saç yığınları sizin təlaşa düşməyinizə əsil səbəb ola bilər. Kişilərdə 20 yaşdan sonra saç tökülməsi geniş yayılıb. Ancaq bu hələ sizin tam dazlaşacağınız anlamına gəlmir. Bu sizin üçün bir siqnal ola bilər. Belə ki, saçlarınızın vaxtında qayğısına qalsanız onları qoruyub saxlaya bilərsiniz.

Əksər hallarda saç tökülməsi genetik olur. Bu səbəbdən də nəslinizdə olan kişilərə  nəzər yetirsəniz, gələcəkdə saçlarınızın vəziyyətini təxmin etmək elə də çətin olmayacaq.

20-30 yaşlarında saç tökülməsi problemləri yaşayan insanların problemi birdəfəlik həll etmək üçün saç əkdirmək istəməsi təbiidir. Çünki bu hal insan psixikasına travmatik təsir göstərə bilər. Saç əkimi üçün ideal yaş 30-dan sonra qəbul edilir.