Rusiyalı gimnast: Dünya Kuboku çox yaxşı təşkil olunub, hər cür şərait yaradılıb


Digərləri 17 Noy 2018 18:50:00 207 0

Rusiyalı gimnast: Dünya Kuboku çox yaxşı təşkil olunub, hər cür şərait yaradılıb

Bakının Milli Gimnastika Arenası çox böyük və gözəldir, burada yaxşı ab-hava var.

Bakı. Cani Babayeva - Məşqçi çıxışımızdan razı qaldı. Bunu Trend-ə Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda Maksim Karavayevlə birgə çıxış edən rusiyalı gimnast Timofey İvanov deyib. O, çıxışlarının ümumilikdə pis alınmadığını bildirib: "Çıxışımızı bəyəndim, lakin, əlbəttə, qeyri-dəqiqliklər oldu. Məşqçi də hər şeyin yaxşı olduğunu, bununla belə nöqsanları da qeyd etdi. Biz bu nöqsanları aradan qaldıracağıq". Azərbaycanda yarışda ilk dəfə iştirak etdiyini deyən rusiyalı idmançı Milli Gimnastika Arenasını çox bəyəndiyini deyib: