Xaricdə təhsil almış gənclər yüksək məvacibli işə dəvət edilir


Digərləri 17 Noy 2018 18:20:00 387 0

Xaricdə təhsil almış gənclər yüksək məvacibli işə dəvət edilir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu xarici ölkələrdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir.

Son.az bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda və qurumun regional sınaq laboratoriyalarında bioloq, mikrobioloq, virusoloq, kimyaçı, aqronom, həkim laborant, sanitariya həkimi, epidemioloq, toksikoloq, molekulyar bioloq, torpaqşünaslıq, iqtisadiyyat, maliyyə və mühasibat uçotu, idarəetmə üzrə mütəxəssis, baytar həkimi və fitosanitar mütəxəssis ixtisasları üzrə  (yaş həddi 23- 50) yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunur.

Müraciət etmək istəyən şəxslər  19.11.2018-ci il tarixindən 24.12.2018-ci il tarixinədək Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər.