Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başlayır


Digərləri 17 Noy 2018 18:30:00 236 0

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başlayır

22-24 noyabr 2018-ci tarixlərində dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən Milli.A-a verilən məlumata görə, imtahanın Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (ünvan: Həsən Əliyev küçəsi, 135) keçirilməsi nəzərdə tutulub.

İmtahanın keçiriləcəyi tarix və saat barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək. İmtahana gələrkən namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu noyabrın 5-dən 9-dək aparılıb. Direktor olmaq istəyən 2037 namizəd miq.edu.az saytında qeydiyyatdan keçərək elektron ərizəsini təsdiq edib.