Yasamalda oğurluq edən şəxs tutuldu


Kriminal 17 Noy 2018 18:09:00 238 0

Yasamalda oğurluq edən şəxs tutuldu

Yasamalda oğurluq edən şəxs tutulub.

DİN-dən Mill.Az-a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 2 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Xəyyam Məmmədov saxlanılıb.