Səfir: Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub


Digərləri 17 Noy 2018 17:59:44 196 0

Səfir: Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub.

Bakı. Cani Babayeva - Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub. Bunu Trend-ə açılış mərasiminə qatılan Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana deyib. Səfir qeyd edib ki, Hindistan gimnastları burada iştirak etməkdən çox şaddırlar, çünki burada çox gözəl şərait yaradılıb: "Bu yarış dünya səviyyəlidir. Hindistan gimnastları bir çox raundlarda iştirak edir və medal qazanacaqlarına çox ümid edirlər. Belə dünya səviyyəli tədbiri təşkil etdiyinə görə Azərbaycana, Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm. Bütün hindistanlılar burada olmaqdan, bu gözəl arenanı, həmçinin möhtəşəm Bakını görməkdən çox şaddırlar".