Nazirdən 6 ayın hesabatı “Hələ 1000 nəfər də gənc işçi gətirəcəm”


Digərləri 17 Noy 2018 17:30:00 253 0

Nazirdən 6 ayın hesabatı  “Hələ 1000 nəfər də gənc işçi gətirəcəm”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 1044 vakansiya elan olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, indiyə qədər imtahandan keçən 300 gənc insan işə qəbul edilib:

"Mənim niyyətim burada gənclərdən ibarət ciddi kadr potensialı yaratmaqdır. Hələ 1000 nəfər də gətirəcəm. Sosial işdə cavanların olması vacibdir. Özüm 6 aydır bu sahədə çalışıram və çətinlikləri görürəm".