Nazir: "Bu il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib" FOTO


Digərləri 17 Noy 2018 17:02:00 282 0

Nazir: "Bu il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib"  FOTO

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Son.az-a verillən məlumata görə, Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə və əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə Ş.Mustafayev ölkələrimizi tarixi dostluq, mehriban qonşuluq əlaqələrinin birləşdirdiyini, siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, 1997-ci ildə strateji tərəfdaşlıq haqqında Sazişin imzalandığını vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri inkişaf edir. O diqqətə çatdırıb ki, 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 545 mln. dollar olub, ixrac 13% artıb: "2018-ci ilin yanvar-sentyabr aylarında isə ölkələrimiz arasında ticarət dövriyyəsi 450 mln. dollar təşkil edib və ixrac 8% artıb. 1995-2018-ci illərdə Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 mln. dollar, Azərbaycan isə Gürcüstana 3 mlrd. ABŞ dollarından çox investisiya yatırıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 650-ə yaxın Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. İş adamlarının iştirakı ilə mütəmadi birgə biznes forumlar, işgüzar görüşlər və digər tədbirlər keçirilir".

O bildirib ki, enerji sahəsi Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindəndir və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi iri layihələr bu əməkdaşlığın çox uğurlu nümunələridir.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığa gəlincə, Ş.Mustafayev Baki-Tbilisi-Qars dəmir yolunun xüsusi əhəmiyyətini vurğulayıb, Azərbaycanın təşkilatçılığı, Türkiyə, Gürcüstan və Qazaxıstanın iştirakı ilə "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi"nə dair bu ilin əvvəlində Çində təqdimatların keçirildiyini xatırladıb, belə bir təqdimatın Bakıda keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.


Xəbərə aid fotolar