Ermənistan Belarus və Qazaxıstanla KTMTdə müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur


Dünya 17 Noy 2018 16:31:00 245 0

Ermənistan Belarus və Qazaxıstanla KTMTdə müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan qeyri-peşəkarlığını və səriştəsizliyini nümayiş etdirərək, Ermənistanın Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini qeyd edib.

Son.az Trend-ə istinadən bildirir ki, N.Paşinyan bildirib: "Heç kimin bu qəbildən olan bəyanatlarla çıxış etməyə haqqı yoxdur, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qərarlar konsensus vasitəsilə qəbul olunur və biz bununla əlaqədar mövqeyimizi bildirmişik".

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri tərəfindən Belarus Prezidentinin KTMT-nin baş katibi ilə əlaqədar verdiyi açıqlaması "qeyri-korrekt" adlandırılmışdı.

Ermənistan Belarus və Qazaxıstanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur. KTMT-nin baş katibi məsələsi Ermənistanla müzakirə olunmur.