Prezident İlham Əliyev Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib


Siyasət 17 Noy 2018 16:25:22 247 0

Prezident İlham Əliyev Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama görə, Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri:

Dövlət Gömrük Komitəsinin sədri;

Kollegiyanın üzvləri:

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini; Dövlət Gömrük Komitəsi sədrinin müavinləri; Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri; Dövlət Gömrük Komitəsi Aparatının İnsan Resursları idarəsinin rəisi; Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi; Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri; Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi; Bakı Baş Gömrük İdarəsinin rəisi; Sumqayıt Baş Gömrük İdarəsinin rəisi".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.