Ermənistan ordusunun zabitləri cəzalandırıldı


Dünya 17 Noy 2018 16:06:00 238 0

Ermənistan ordusunun zabitləri cəzalandırıldı

Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyanın əmri ilə 4 hərbçinin ölümü ilə bağlı 4 zabit tutduğu vəzifədən və hərbi xidmətdən azad olunub.

Son.az report-a istinadən bildirir ki, sözügedən məlumatı bu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan Facebook səhifəsində yazıb.

Bildirilib ki, daha iki bölmə komandiri və bir hərbi hissənin keçmiş komandirinə xəbərdarlıq edilib. Ermənistan ordusunun texniki hissələri üzrə keçmiş rəis müavininə və texniki məsələlər üzrə rəisə ciddi xəbərdarlıq elan olunub.