"Gələn il Azərbaycanda bir milyondan çox qeyrileqal məşğulluq rəsmiləşəcək"


Digərləri 17 Noy 2018 16:00:00 234 0

"Gələn il Azərbaycanda bir milyondan çox qeyrileqal məşğulluq rəsmiləşəcək"

 2018-ci ildə Azərbaycanda mütərəqqi vergi islahatlarının aparılması bir milyondan çox qeyri-leqal məşğulluğun rəsmiləşməsinə kömək edəcək.

Son.az report-a istinadən bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli YAP-ın rəsmi saytına müsahibəsində deyib.

O bildirib ki, gələn il üçün gözlənilən ən maraqlı və fundamental inqilabi dəyişikliklərdən biri ölkədə mütərəqqi vergi islahatlarının aparılması olacaq: "Nəticədə özəl bölmədə 7 il müddətinə sahibkarlıq subyektlərində çalışan şəxslər 14% gəlir vergisindən tamamilə, işə götürənlər və işçilər isə həm də sığorta ödəmələrindən qismən azad olacaqlar. Bu hesaba da bütövlükdə 26% miqdarında olan sosial və işsizlikdən sığorta haqları ödənişləri azaldılaraq, yığım mexanizmləri dəyişdirilərək bir qurum yəni vergi orqanları tərəfindən tutulacaq. Beləliklə, nəzərdə tutulan qanun layihəsinə əsasən artıq işçi bir mənbəyə, yəni vergi qurumlarına 10%, işə götürən isə 16% sığorta haqqı ödəyəcək. Bu yolla vergi yükü hiss olunacaq dərəcədə azalacaq, belə olan təqdirdə isə həm işçi, həm də işəgötürən müəyyən əlavə qazanc əldə etmiş olacaq. Bu sistemin tətbiqi bir milyondan çox qeyri-leqal məşğulluğun rəsmiləşməsinə kömək edəcək və nəticədə sığorta haqlarının ödənişləri hiss olunacaq dərəcədə sürətlə artacaq".