Zakir İbrahimov: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində əlvan metalların hasilatından qazanc əldə edir


Digərləri 17 Noy 2018 15:19:24 218 0

Zakir İbrahimov: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində əlvan metalların hasilatından qazanc əldə edir

Ermənistanın işğalçı siyasəti Azərbaycana bütün sahələrdə, o cümlədən iqtisadi və ekoloji sahələrdə böyük ziyan vurur

Bakı. Mətanət Nəsibova - Ermənistanın işğalçı siyasəti Azərbaycana bütün sahələrdə, o cümlədən iqtisadi və ekoloji sahələrdə böyük ziyan vurur. Bunu Trend-ə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Bakıda keçirilən “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfrans çərçivəsində deyib. O qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlə bağlı hesabat hazırlanıb və Azərbaycan Baş Prokurorluğuna göndərilib. Onun sözlərinə görə, “AzerGold” tərəfindən başladılan Azərbaycanın işğal olunmuş ərazilərində əlvan metalların hasilatı ilə məşğul olan Ermənistan şirkətləri, fiziki və hüquqi şəxsləri, eləcə də xarici şirkətlərin məsuliyyətə cəlb edilməsi prosesi Baş Prokurorluq tərəfindən davam etdiriləcək: