İranda yol qəzası:


Dünya 17 Noy 2018 14:47:00 264 0

İranda yol qəzası:

İranın Təbriz-Zəncan magistralında, Miyana ərazisində yol qəzası nəticəsində 7 nəfər ölüb, bir nəfər yaralanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin təcili yardım idarəsinin sözçüsü Vəhid Şadi xəbər verib.

Onun sözlərinə görə, hadisə ötən gecə "Persia" markalı minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində baş verib.