Qəbul imtahanlarında xarici dil bölməsi üzrə bu


Digərləri 17 Noy 2018 14:33:00 237 0

Qəbul imtahanlarında xarici dil bölməsi üzrə bu

Yeni növ qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib anlama bacarığını yoxlacağıq. Gənclər ümumi təhsil məktəbini bitirəndə hər hansı xarici dili bilməlidir, dinləyib anlamalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hələlik şagirdlərin danışma standartları yoxlanılmır: "Şagirdlərin danışmaq standartlarını da yoxlamağa hazırıq. Amma iki ilyarım biz şagirdlərin dinləyib anlama standartları ilə əlaqədar imtahanlar keçirəcəyik, sonra da danışma standartlarını yoxlayacağıq. Buna bizim elmi və texniki potensialımız imkan verir".