Baş məşqçi: Dünya Kubokunun Bakıda keçirilməsi Azərbaycan gimnastlarının üzərinə əlavə məsuliyyət qoyur


Digərləri 17 Noy 2018 14:32:45 232 0

Baş məşqçi: Dünya Kubokunun Bakıda keçirilməsi Azərbaycan gimnastlarının üzərinə əlavə məsuliyyət qoyur

Bu gün yarışların ilk günüdür, ona görə də hər şey qabaqdadır. Ən əsası, finala yüksəlməkdir.

Bakı. Cani Babayeva - Bu gün yarışların ilk günüdür, ona görə də hər şey qabaqdadır. Ən əsası, finala yüksəlməkdir. Bunu Trend-ə akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi İradə Qurbanova yetirmələri Seymur Cəfərov və Murad Əkpərovun çıxışından sonra deyib. Baş məşqçi idmançıların yaxşı formada olduğunu bildirib: "Lakin bir neçə səhv buraxdılar. Onlar özləri də bunu anlayırlar, ona görə kefləri pozulub. Artistizm baxımından yaxşı qiymət aldılar, texniki baxımdan isə əlbəttə ki, yüksək nəticə daha yaxşı olardı".