Dövlət qulluğuna qəbulla bağlı qanunvericiliyə bəzi dəyişikliklərin edilə bilər


Digərləri 17 Noy 2018 14:13:00 204 0

Dövlət qulluğuna qəbulla bağlı qanunvericiliyə bəzi dəyişikliklərin edilə bilər

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbulla bağlı qanunvericiliyə bəzi dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, təkliflər hökumətə göndərilib:

"Dövlət qulluğu ilə bağlı qanunvericiliyə kifayət qədər təkliflər var. Bunlar əsasən sertifikatlar və sertifikat əldə edən şəxslərin müsahibədə iştirakı ilə bağlıdır. Təkliflərdən biri də fəlsəfə doktorları olan şəxslərin dövlət qulluğunun imtahan mərhələsindən azad edib, birbaşa müsabiqə mərhələsindən keçərək işə qəbul edilməsi ilə bağlıdır. Qanun çox böyük həcmlidir. Dəyişikliklər qanun qəbul olunanda tam şəkildə olmalıdır ki, mexanizm çevik olsun.