Bir il komada qalan şəxs: "3096cı ildə yaşadım"


Dünya 17 Noy 2018 14:06:00 236 0

Bir il komada qalan şəxs: "3096cı ildə yaşadım"

Pol Dineax adlı şəxs 1920-1921-ci illər arasında komada qalıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Pol komada qaldığı müddət ərzində 3906-cı ilə getdiyini iddia edib. O, bu barədə gündəliyinə yazıb. Dineaxın ölümündən sonra onun gündəliyini oxuyanlar heyrətə düşüblər.

Pol komadan ayılanda başına gələnləri danışmaq istəsə də, dəli damğası yeməmək üçün bu mövzunu, sadəcə, gündəliyinə yazıb. Alman dili müəllimi olan Pol bu iş üçün Yunanıstana gedir və vərəm xəstəliyinə yoluxur. Yenidən ölkəsinə qayıdanda vəziyyəti çox ağır olub və gündəliklərini özünə çox yaxın bildiyi bir tələbəsinə verir və tələbəsinin gündəlik sayəsində alman dilini daha mükəmməl öyrənəcəyi üçün bu işi edir.

Dineaxın tələbəsi isə gündəliyi oxuyanda əvvəlcə bunun roman olduğunu düşünüb. Amma sonradan bunların Polun başına gəldiyini başa düşüb şoka düşüb.

Dineax gündəliyində yatağa həbs edilməsinə rəğmən şüurunun 3906-cı ildə yaşayan Andre Nortman adlı bir şəxsin bədənində olduğunu yazıb. 3906-cı ildə yaşayan Andre ölümə yaxın bir qəza keçirib. Oyananda isə o dövr üçün başa düşülməyən dildə danışıb, ailəsini və dostlarını tanıya bilməyib. Onun danışdığı dil isə XX əsr alman dili olub. 

Gündəliyə əsasən, 3906-cı ildə yaşayan insanlar o dövrün anlayışına görə, Nortmanın bədəninə başqa bir ruhun girdiyini və ya başqa bir gücün təsiri altında olduğunu anlayıblar. Hətta Dineaxdan faydalanaraq XX əsrin dünyası və alman dili haqqında məlumat əldə etməyə çalışıblar.

Gündəliyə əsasən, 3906-cı ildə "Homo Occidentalis Novus" adlı yeni insan irqi ortaya çıxacaq. 2000-2300-cü illər arasında bəşəriyyətin insan sayının artması, ekologiya problemləri, gəlirin ədalətsiz bölgüsü və qida çatışmazlığı kimi problemləri olacaq. 2204-cü ildə Marsda 20 milyon əhalisi olan koloniya qurulacaq.